Kəmaləddin Heydərov Kürdəmirdə qəbul keçirəcək

Kəmaləddin Heydərov Kürdəmirdə qəbul keçirəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 4-də saat 11:00-da Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, qəbulda yalnız Kürdəmir, Göyçay, Ucar və Zərdab rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Kürdəmir şəhəri, Soltan Şıxəliyev küçəsi 22) aprelin 3-də saat 10:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə