Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən yeni salınan qəsəbələrin infrastrukturunun yaxşılaşdırılmması istiqamətində işlər davam etdirilir. Hazırda 4-mindən artıq əhalisi olan Natəvan qəsəbəsində əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı yaşayayış massivində dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, qəsəbəyə əsas giriş yolu asfalt örtüyü ilə təmin edilib. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə səki daşları və bardyurlar düzülüb. Bundan əlavə qəsəbənin işıqlandırılmasını təmin etmək üçün 80-dən artıq elektrik dirəkləri quraşdırılıb. Qəsəbə İcra nümayəndəsi Elşad Ələkbərovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə qəsəbədə 100-ə yaxın ağac əkilib, müxtəlif yaşıllıq zolaqları salınıb. Yaz fəslinin gəlişi ilə ağaclara xüsusi qulluq göstərilir. Ərazidə əhalinin su ilə təminatını yaxşılaşdırmaq üçün 4 artezian quyusu istifadəyə verilib, kanalizasiya xətti çəkilib. Şəhər mərkəzi ilə qəsəbə arasında əhalinin rahatlığını təmin etmək məqsədi ilə marşrut xəttləri istifadəyə verilib. Bir sözlə desək yaşayış massivində səliqə-səhman hökm sürür. İcra nümayəndəsinin sözlərinə əsasən, dövlət qayğısı nəticəsində Natəvan qəsəbəsində daha geniş abadlıq və quruculuq işləri həyata keçiriləcək.
Qeyd edək ki, hazırda qəsəbəyə yeni dayanacaqların gətirilməsi planlaşdırılır. Ən aktual məsəllərdən olan yeni məktəb və məktəbəqədər tərbiyə müəssisəsinin tikintisi də gündəmdədir .
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB