Ötən gün Daxili İşlər Nazirliyində şəhər, rayon polis orqanlarının polis sahə rəislərinin və sahə inspektorlarının cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətinin təkmilləşməsinə və görülən işlərin müzakirəsinə həsr olunan ümumrespublika toplantısı keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi və gündəliyi barədə məlumat verib, son on ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatlar çərçivəsində Daxili İşlər Nazirliyi sistemində də köklü islahatların aparıldığını, xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun qurulması, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, sosial funksiyaların genişlənməsi, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmlənməsi, eyni zamanda, cinayətlərin profilaktikası, açılması və istintaqı, bütövlükdə ictimai asayişin təmin edilməsi sahəsində önəmli addımların atıldığını vurğulayıb.
Gündəlikdəki məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, Nazirliyin rəhbərliyi tərəfindən digər sahələrlə yanaşı, polis sahə inspektorlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə Daxili İşlər Nazirliyi sistemində ictimaiyyətlə, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin hərtərəfli möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi üçün bir sıra struktur dəyişiklikləri aparılıb. O cümlədən polis sahə rəisləri institutu yaradılmış, onun fəaliyyətinin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində rolunun artırılması, polis sahə məntəqələrində İctimai Şuraların formalaşdırılması və fəaliyyətinin təşkili istiqamətində məqsədyönlü tədbirlər görülüb.
Daha sonra tədbirdə Naxçıvan MR DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Əliəşrəf İbrahimov, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə inspektoru, polis leytenantı Səbuhi Əmiraslanov, Nizami RPİ-nin İctimai Şura üzvü Zümrüd Səmədova, Qazax RPŞ-nin İctimai Şura üzvü Şahismayıl Məmmədov və başqaları çıxış edərək görülən işlərdən danışıb, müzakirə olunan məsələ ilə bağlı təkliflər səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB