Bu gün Sabunçu, Suraxanı və Xəzər rayonunda su olmayacaq vətəndaşların nəzərinə
Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yeni çəkilən 1000 mm diametrli boru xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün ərzində Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə SİA-ya "Azərsu" ASC-dən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB