Əkrəm Əylisli üzr istəyib ETİRAF

Əkrəm Əylisli üzr istəyib ETİRAF
Azərbaycanın keçmiş xalq yazıçısı Əkrəm Əylisli kəskin ictimai qınağa və qalmaqala səbəb olan "Daş yuxular" romanına görə üzr istəyib. SİA-nın məlumatına görə, "Literaturnaya qazeta"-ya müsahibə verən yazıçı etiraf edib ki, sözügedən roman bədii cəhətdən zəif və bəsit olduğu qədər, həm də bəzilərinin iddia etdiyi kimi, sülhyaratma niyyəti daşımır.

Əkrəm Əylisli onu da boynuna alıb ki, "Daş yuxular" romanı topluma qarşı hikkənin, aqressiyasının ifadəçisidir.

O, eyni zamanda həmin əsərə görə Nobel sülh mükafatına namizəd göstərilməyini də özü üçün ayıb hesab edib və daha rüsvay olmaq istəmədiyini bildirib.

Xatırladaq ki, Əkrəm Əylisli "Daş yuxular" adlı romanı kəskin ictimai qınağa uğradıqdan sonra o, mətbuata romanı yazdığına görə peşman olmadığını bildirmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com