Həştərxan vilayətinin nümayəndə heyəti Nərimanov rayonunda olublar FOTOLAR

Həştərxan vilayətinin nümayəndə heyəti Nərimanov rayonunda olublar FOTOLAR

Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Administrasiyasının rəhbəri Kanat Şantimirovun rəhbərlik etdiyi nümayəndə heyətinin 31 mart-1aprel 2014-cü il tarixlərində ölkəmizə işgüzar səfəri baş tutub. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.

Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşü olub. Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nümayəndə heyəti ötən il Nərimanov rayonunda dostluq və qardaşlıq rəmzi olaraq ucaldılmış "Bakı və Həştərxan Dostluğu" abidəsinin yerləşdiyi parka gələrək abidə ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə