ARGTMŞ “QİDA” akademiyasının yaz sessiyasına start verdi

ARGTMŞ “QİDA” akademiyasının yaz sessiyasına start verdi

29 mart 2014-cü il tarixindən etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "QHT-lərin İdarəetmə Akademiyası" (QİDA) çərçivəsində "QİDA yaz sessiyasının kurslarına start verilib. ARGTMŞ-dan SİA-ya verilən məlumata görə, QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq məqsədilə həyata keçirilən QİDA Akademiyasının əsas məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.

Akademiyanın kursları 4 tədris blok üzrə təyin olunmuşdur və hər bir blok auditoriya fərqini nəzərə alaraq təlim modullara bölünüb: "QHT-lərin idarəetmə akademiyası" ("NGO management school"), "Layihələrin idarəetmə akademiyası" ("Project management school"), "Şəxsi və peşəkar inkişaf akademiyası" ("Personnel & Professional Capacity building School") və "Seçmə kursları" ("Electives") bloklarını əhatə edir.

Yaz sessiyasının kurslarını "Layihənin yazılması mexanizmləri" və "Maliyyə planlaması və büdcələşmə" mövzularını əhatə edəcək.

Bildirək ki, kurslarda iştirak etmək istəyən gənclər təşkilatlarının rəhbər və işçi heyəti nümayəndələri www.qida.nayora.az səhifəsinə daxil olaraq, proqram ilə tanış ola və 02.04.2014-cü il tarixinədək müraciət formasını dolduraraq 05-06 aprel 2014-cü il tarixlərində Akademiya çərçivəsində həyata keçirilən "QİDA" yaz sessiyası kurslarında işirak edə bilərlər. Kurslar Bakı şəhərində ARGTMŞ ofisdə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə