Silahlı Qüvvələrin baş qərargah rəisi cəbhə bölgəsindədir

Silahlı Qüvvələrin baş qərargah rəisi cəbhə bölgəsindədir

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə