ADU-da “31 mart- Azərbaycanlıların soyqırımı günü” nə həsr olunmuş dəyirmi masa keçirildi
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) "31 mart- Azərbaycanlıların soyqırımı günü" nə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, həmin kafedranın baş müəllimi Qəribə Əlizadə və müəllimi Şəlalə Bağırova və tələbələr iştirak edib.
Tədbirdə 31 Mart Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masa Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının Vətənpərvərlər Klubunun təşkilatçılığı ilə keçirilib.
Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev bu günün tarixi haqqında qısa məlumat verib: "1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib. Hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə xalqın bir daha tarixi keçmişə qayıtdığı, xalqa qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır. Həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasından ürək ağrısı ilə bəhs edirəm".
Sosial elmlər kafedrasının müəllimi Şəlalə Bağırova mart soyqırımı ərəfəsində Bakıda ictimai-siyasi vəziyyət və onun nəticələri haqqında danışıb: "Soyqırımın Azərbaycan tarixinin ən kədərli, ən qanlı səhifələrindən biridir. Əsarətində olduğumuz sovetlər dönəmində o dövrün sərt qanunlarına əsasən bu hadisələrin xalqımızın yaddaşına düzgün köçürülməyib və 20 ilə qədər Azərbaycanın öz istiqlaliyyətini bərpa etməsinə qədər bu haqda doğru-dürüst məlumat vrilməyib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə hər il 31 mart tarixinin "Azərbaycanlıların soyqırım günü" kimi elan olunub və bununla da Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə-soyqırıma tarixdə ilk dəfə olaraq siyasi qiymət verilib".
Pedaqoji fakültədə təhsil alan Gülnar Mustafayeva ermənilərin "Böyük Ermənistan" yaratmaq niyyətinə uyğun olaraq törədilmiş 31 Mart Soyqırımının baş vermə səbəblərindən, Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Rəna Rəsulzadə V. Leninin Mart soyqırımından qabaq Stepan Şaumyana göndərdiyi teleqramdakı faktlardan, Pedaqoji fakültədə təhsil alan Fidan Şirəliyeva azərbaycanlıların başına gətirilmiş soyqırımlardan biri olan, XX əsrin qanlı faciəsi Xocalı soyqırımından bəhs ediblər.
Qeyd edək ki, dəyirmi masa "Mart soyqırımının baş vermə səbəbi nə idi və biz harada səhv etdik?", " 1905-ci ildən bəri qığılcımlanan erməni-müsəlman davasında kimlərin əli vardı və məqsəd nə idi?", "Niyə öz tariximizi öyrənməkdə bu qədər laqeyidik?" sualları ərtafında müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB