Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında mart qırğınlarının 96-cı ildönümünə həsr edilən "Azərbaycan xalqının soyqırımı" adlı sərgi təşkil edilib. Mərkəzi Kitabxanadan SİA-ya verilən xəbərə görə, sərgidə ermənilərin törətdikləri kütləvi qırğınlar, vəhşiliklər, soyqırımı və təcavüz siyasətinin mahiyyətini əks etdirən ədəbiyyat nümayiş etdirilib.
Bir neçə bölmədən ibarət olan sərgi "Qanlı illər" bölməsinə həsr edilən ədəbiyyatla başlayır. M.M.Nəvvabın "1905-1996-cı illərdə erməni-müsəlman davası", M.S.Ordubadinin "Qanlı illər", V.Arzumanlının "1918-ci il qırğınları" və bir sıra başqa kitablarda ermənilərin törətdikləri vəhşiliklər öz əksini tapıb.
Deportasiya bölməsində 1905-1918-ci illərdə öz torpaqlarından didərgin salınmış soydaşlarımız barədə C.Qasımovun "Repressiyadan deportasiyaya doğru", İ.Vəliyevin "Qaçqınlar", "Fazil Qaraoğlunun 3 cilddə "Ermənilər və həqiqətlər" kimi kitabları sərgilənib.
Qarabağ tarixinə həsr olunan "Qarabağ: suallar və faktlar", N.Nərimanovun "Məktublar və Qarabağ məsələsinə dair sənədlər", Həmzə Əliyevin "Dağlıq Qarabağ həqiqətləri" və başqa kitablar yer alıb.
Sərgidə Azərbaycan, rus, Şərq, Qərbi Avropa dillərində 200-dən çox ənənəvi və virtual formada ədəbiyyat, həmçinin fotomateriallar, videogörüntülər, soyqırım həqiqətlərini əks etdirən film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB