Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
AHİK sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, ermənilər Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə soyqırım aktları törədiblər. Bu soyqırımlar nəticəsində minlərlə azərbaycanlı həlak olub və yurdundan didərgin salınıb: "Millətimiz öz humanistliyin göstərib onlara yer versə də, onlar bizə qarşı həmişə ərazi iddiasında olub, xalqımızın başına olmazın müsibətlərini gətiriblər. 1918-ci ilə Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə 30 mindən artıq azərbaycanlını qətlə yetiriblər. Təkcə Şamaxıda 8 mindən artıq insan qətlə yetirilib".
S.Mehbalıyev qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verilib. Hər il 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən qanlı qırğının qurbanlarının xatirəsini ehtiramla anırıq. Bu gün ermənilərin soyqırım və işğalçılıq siyasətinin dünyaya çatdırılması istiqamətində ölkə rəhbərliyi, o cümlədən AHİK tərəfindən müvafiq işlər görülür. Beləki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeçiliyində olan təşkilatlar beynəlxalq tədbirlərdə Azərbaycana qarşı törədilmiş soyqırım hallarına xüsusi yer ayırırlar.
Daha sonra çıxış edən tarix elmləri doktoru, professor Vəkil Həsənov ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törətdiyi soyqırımlar barədə geniş məlumat verib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB