"Aprelin 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir, səhər bəzi yerlərdə duman olacaq. Gündüz ara bir güclənən Cənub küləyi əsəcək". SİA-ya açıqlamasında Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova belə deyib.
Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti olacaq.
Şöbə rəisinin sözlərinə görə, yeni ayın ilk günü ölkənin bölgələrində hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq: "Cənub küləyi əsəcək, gündüz saatlarında ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə isti olacağı gözlənilir".
Aprelin 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü insanlar üçün əsasən əlverişlidir. Ayın 3-də əsəcək xəzri küləyi isə insanlar üçün əsasən əlverişsizdir.
Yaxın 2 gün ərzində ölkədə hava şəraiti nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB