AMEA Botanika İnstitutunun gənc doktorantı Aynurə Cəfərova Prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən "Kür-Araz ovalığının azməhsuldar torpaqlarının bərpası üçün bioloji yanaşmalar" mövzusunda müştərək layihə çərçivəsində Özbəkistanda elmi ezamiyyətdə olub. İnstitutdan SİA-ya verilən xəbərə görə, səfər zamanı Özbəkistan Elmlər Akademiyasının Bitki və heyvanlar aləmi Genofondu İnstitutunda və Səmərqənd Dövlət Unversitetində Kür-Araz ovalığında şoranlaşma üstünlük təşkil torpaqların və bu ərazilərdə yayılan bitki növlərinin kimyəvi tərkibi və strukturu tədqiq edilib.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda şoran torpaqların bərpası və heyvandarlığın inkişafı üçün davamlı qida bazasının yaradılması, deqredasiya olunan otlaqların yaxşılaşdırılması, aqromeşəçiliyin inkişafı üçün innovativ texnologiyaların tətbiq edilməsi və qiymətləndirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB