Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə (AZGF), Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının ( ATGTİ ) "Ekologiya" işçi qrupunun təşkilati dəstəyi ilə "Ekoloji foto müsabiqə" layihəsinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihə istedadlı gənclərin üzə çıxarılması və ekologiyanın qorunmasında fəal təbliğat rolunu oynamaq məqsədi daşıyır. Sərgidə ATGTİ-nin İşçi qruplarla iş departamentinin direktoru Ürfan İsmayılov, layihənin rəhbəri Qəndab Poladova və ATGTİ Ekologiya işçi qrupunun rəhbəri Sənan Süleymanlı çıxış edərək layihənin gedişi barədə iştirakçıları məlumatlandırıb, qalibləri təbrik ediblər.
Qeyd edilib ki, layihənin məqsədi bacarıqlı fotoqraf gəncləri üzə çıxarmaq, gənclər arasında ekologiyanın təbliğini gücləndirmək, ekologiya sahəsinin problemlərini hərtərəfli təhlil etməkdir.
Müsabiqəyə 150 -dən çox şəkil təqdim olunub. Müsabiqəyə buraxılan 85 fotodan ən yaxşı 3 şəkilin sahibləri mükafatlandırılıb. 1-ci yer Cavad Salmanlı, 2-ci yer Günay Fərzəlibəyli, 3-cü yer Rasim Abdürəhmanov oldu. Digər iştirakçılara da sertifikatlar təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB