ETM “Facebook” sosial şəbəkəsinin təhlükəsiz istifadəsi ilə bağlı təlimatlar hazırlayıb

ETM “Facebook” sosial şəbəkəsinin təhlükəsiz istifadəsi ilə bağlı təlimatlar hazırlayıb

Elektron Təhlükəsizlik Mərkəzi "Facebook" sosial şəbəkəsinin təhlükəsiz istifadəsi ilə bağlı təlimatlar hazırlayıb.

Son vaxtlar "Facebook"da müşahidə olunan spam paylanmasının, saxta hesabların açılması faktlarının artımı istifadəçilərin virtual məkanda təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkədən istifadə üzrə təlimatların hazırlanmasına zərurət yaradıb.

Təlimatlarda istifadəçilərə bir sıra tövsiyələr də təqdim ediləcək.

Yaxın vaxtda qeyd edilən təlimatlar Elektron Təhlükəsizlik Mərkəzinin "www.cert.az" rəsmi saytında təqdim ediləcəkd.

Bütün xəbərlər Facebook səhifəmizdə