Azərbaycanın avtomobil yollarında nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur. SİA-nın məlumatına görə, bu barədə Respublika Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qarlı hava şəraiti yollarda nəqliyyatın hərəkətinə təsir etməyib.
Bununla belə, yol polisi sürücülərə diqqətli olmağı, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımında avtomobillərdən istifadə etməməyi tövsiyə edir.
Qeyd edək ki, hazırda respublıka ərazisində qarlı, küləkli hava şəraiti müşahidə olunur. Sabahdan havanın temperaturu yüksəlməyə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB