Martın 29-da gecə saatlarında ölkəmizin qərb regionunda əsməyə başlayan güclü külək özü ilə qar gətirib.
Havaların qəflətən dəyişməsi bu rayonlarda ciddi fəsadlar törətməyib. Yalnız Gədəbəydə bir neçə elektrik dayağı sıradan çıxıb ki, bunun da nəticəsində yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi kəsilib. Hazırda enerji verilişinin bərpası istiqamətdə işlər davam etdirilir.
Bəzi dağ kəndlərinə gedən yollarda qarın hündürlüyü 15-20 santimetrə çatsa da, hərəkətin intensivliyi pozulmayıb.
Yol- istismar idarələri gücləndirilmiş iş rejimində çalışır və yollar qardan təmizlənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB