Hüseyn Cavidin yaradıcılığı ilə bağlı İstanbulda keçirilmiş elmi konfrans haqqında yazı yerləşdirilib
Xəbər verdiyimiz kimi, martın 24-də İstanbul Universitetində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin rəsmi saytında (www.marmaragrubu.org) konfransla bağlı yazı yerləşdirilib. Yazıda Hüseyn Cavid şəxsiyyətinin ucalığından, görkəmli Azərbaycan şairinin yaradıcılığının əhəmiyyətindən bəhs edilir.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu 944 səhifəlik kitab "Kaspi" Təhsil Mərkəzi tərəfindən hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB