Penitensiar xidmətin əməkdaşı beynəlxalq tədbirdə ölkəmizi təmsil edib
Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun təşkilatçılığı ilə Avropa İttifaqı və Avropa Şurasının "Pis rəftara və cəzasızlığa qarşı mübarizənin gücləndirilməsi" Birgə Proqramının Təşkilat Komitəsinin yekun iclası keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan respublikalarının Daxili İşlər və Ədliyyə nazirliklərinin, Qeyri-hökumət təşkilatlarının, Ombudsman aparatlarının nümayəndələri, Avropa Şurasının məsləhətçiləri, ekspertləri və hakimləri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin Əməliyyat şöbəsinin baş inspektoru Vüqar Abışov təmsil edib.
İclasda Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyəti, penitensiar müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması və pis rəftar, işgəncə və cəzasızlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə görülmüş işlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB