Bakı-Xarkov uçuşları ayın 29-dan dayandırılır

Bakı-Xarkov uçuşları ayın 29-dan dayandırılır

Ukraynanın "UTair-Ukraine" aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşları martın 29-da dayandıracaq.

AZAL-ın məlumat bürosundan SİA-ya veriilən məlumata görə, axırıncı aviareys həmin tarixdə həyata keçiriləcək. Məlumat bürosundan bildiriblər ki, aviareyslərin dayandırılmasının səbəbləri açıqlanmır. Reyslərin nə vaxtdan bərpa olunacağı barəsində də məlumat verilmir.

Bakı-Xarkov marşrutu üzrə uçuşlar həftənin şənbə günü həyata keçirilir. Bakıdan Xarkova uçuşlar saat 16:40-da həyata keçirilir. Xarkovdan Bakıya isə saat 15:40-da uçuşlar həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə