"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur". Bunu SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, martın 28-də paytaxtda və yarımadada mülayim Şimal küləyi əsəcək: "Havanın temperaturunun gecə 4-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir".
ETSN rəsmisi bildirib ki, sabah ölkənin bölgələrində gecə və səhər yağış yağacaq, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir: "Mülayim Qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 5-9, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir".
Asif Verdiyev qeyd edib ki, mart ayı üçün havanın temperaturunun yüksələcəyi gözlənilmir: "Əvvəlki illərdə də mart ayında nisbətən sərin hava müşahidə olunub və bu yaz fəslinin ilk ayı üçün xarakterikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB