Baş nazirin müavini narkomaniya ilə mübarizədən danışdı

Baş nazirin müavini narkomaniya ilə mübarizədən danışdı

"Narkomaniya problemi dünyəvi xarakter daşıyır. Ancaq digər ölkələrlə müqayisədə Azərbaycanda narkomaniya ilə bağlı vəziyyət qənaətbəxşdir". SİA-nın məlumatına görə, bu fikirləri baş nazirin müavini Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Ə. Həsənov bildirib ki, Azərbaycanda narkomaniya ilə bağlı vəziyyətin qənaətbəxş olmasını şərtləndirən bir sıra amillər var: "Bu problemin Azərbaycanda aşağı olmasının iki səbəbi var. Birincisi, ölkə başçısının bu problemə ciddi diqqət yetirməsi, ikincisi isə xalqımızın adət-ənənələri ilə bağlıdır".

Baş nazirin müavini narkotikadan istifadə hallarının artmasını Azərbaycanda son dövrlər beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə əlaqələndirib: "Son zamanlar Azərbaycanda beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Buna görə də yükdaşımalar ciddi şəkildə artıb. Bu da problemin artmasına səbəb olan amillərin başlıcasıdır. Çünki istənilən ölkədə tranzit daşımalar varsa, həmin yüklərin müəyyən faizi ölkədə qalır. Ona görə də tranzit formada daşınan narkotikin cüzi miqdarda da olsa, ölkədə qalmaması üçün tədbirlər görülür. Məhz bu tədbirlərin nəticəsidir ki, həmin faizlər digər ölkələrlə müqayisədə Azərbaycanda çox aşağıdır. Hesab edirik ki, bu gün dövlət bu problemin aradan qaldırılmasının öhdəsindən gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə