7 nəfər avtoxuliqan həbs edilib

7 nəfər avtoxuliqan həbs edilib

Şirvanda 7 nəfər avtoxuliqan həbs edilib. SİA-nın verdiyi məlumata görə, bayram günlərində Şirvan şəhərində "avtoş"lara qarşı ciddi şəkildə mübarizə başlanıb. Şəhər sakinlərinə rahatlıq verməyən avtoxuliqanlar bayram günüdə əməllərini davam etdiriblər. Avtoxuliqanlar nümayiş etdirdikləri şounun görüntülərni telefonlara çəkərək internet sosial şəbəkələrdə yayıblar. Dözülməz vəziyyətə Şirvan şəhər Polis Şöbəsinin DYP bölməsi ilə yanaşı Post Patrul Xidmətinin əməliyyat bölməsinin əməkdaşları tədbirlər görərək reydlər keçiriblər. Şəhərin bütün küçə və prospektlərində ayrı-ayrılıqda keçirilən reydlər zamanı Şirvan şəhərində dırnaqarası ad qazanmış 7 avtoxuliqanı 1988-ci il təvəllüdlü Vəlibəyov Faiq Rafiq oğlunu, 1993-cü il təvəllüdlü Quliyev Elvin Asəf oğlunu, 1991-ci il təvəllüdlü Hümbətov Pərviz Rasət oğlunu, 1993-cü il təvəllüdlü Kazımov Kamran Mayis oğlunu, 1994-cü il təvəllüdlü Mustafayev Bəhruz İlham oğlunu, 1991-ci il təvəllüdlü Əliyev Elşən Tahir oğlunu və 1993-cü il təvəllüdlü Əsgərov Tural Gülhəsən oğlunu polislər saxlayıblar. Avtoxuliqanlar Şirvan şəhər məhkəməsi tərəfindən inzibati məsuliyyətə cəlb edilərək 16-30 gün müddətində azadlıqdan məhrum ediliblər. Avtoxuliqanlardan Əliev Elşən Tahir oğlunun 5 aprel 2014-cü il tarixdə toy mərasimi olsa da, törətdiyi əməl şad günündə cəzalanmasına səbəb oldu.

Reydlər zamanı 18 nəfər sərxoş vəziyyətdə olan sürücü, 14 nəfər sürücülük hüquq olmayan, 16 nəfər manevr qaydalarını pozaraq ötmə əməliyyatını düzgün yerinə yetirməyən, 8 nəfər işıqfora məhəl qoymayan, 15 nəfər sürücünün isə avtomobilin konstruksiyasında dəyişiklik etdiyi aşkar edilib. 46 nəfər sürücü kobud qayda pozuntusuna yol verdiyi müəyyən edilib. 37 avtomobil cərimə meydançasına gətirilib. Ümumilikdə reydlər zamanı 146 yol hərəkəti qaydasının pozulması qeydə alınıb və protokollar tərtib edilib.

İqbal Mikayılov, Şirvan

Bütün xəbərlər Facebook səhifəmizdə