Bakıda Britaniyanın yeni Viza Müraciət Mərkəzi açılır

Böyük Britaniyanın Bakıdakı səfirliyi yeni Viza Müraciət Mərkəzinin ünvanını açıqlayıb. SİA bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir. Belə ki, yeni Mərkəz Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 37 ünvanında Dəmirçi Biznes Mərkəzinin 3-cü mərtəbəsində yerləşəcək.

Viza Müraciət Mərkəzi sabahdan fəaliyyətə başlayacaq. Mərkəz həftənin beş günü, bazar ertəsindən cümə gününədək çalışacaq.

Viza müraciətləri barədə qərar Böyük Britaniya Vizalar və İmmiqrasiya Agentliyinin İstanbuldakı mərkəzi tərəfindən veriləcək. Müraciətlərə baxılma müddətinə heç bir dəyişiklik edilməyəcək. (90% qeyri-məskunlaşma viza müraciətlərinə 15 iş günü və 95% məskunlaşma müraciətlərinə isə 12 həftə ərzində baxılacaq).

Bütün xəbərlər Facebook səhifəmizdə