"Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub küləyi əsəcək, axşama şimal-qərb küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, görə, martın 27-də paytaxtda və yarımadada havanın temperaturunun gecə 5-8, gündüz 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır.
Məlumata əsasən, həftənin ilk iş günündə hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq: "Gündüz şimal və qərb rayonlarında yağıntı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı ehtimal olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB