Bu gün Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən SİA-ya verilən xəbərə görə, Zaqulba prospektində yol cizgiləri və yol göstərici xətləri yenidən rənglənir. Bu məqsədlə bu gün saat 18:00-a qədər Mərdəkan yol qovşağından Zaqulba dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən (2 zolaqda) məhdudlaşdırılacaq.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsinin Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsi ilə kəsişməsinə qədər olah hissəsində (Hərbi Hospital istiqamətində) asfalt örtüyü yenilənir. Bununla əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Səməd Vurğun və Tbilisi prospektlərindən istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB