Vaqif Əsədov: "Martın 22-dən 25-dək 161 sərxoş sürücü aşkar edilib"

Vaqif Əsədov: "Martın 22-dən 25-dək 161 sərxoş sürücü aşkar edilib"

"Bayram günlərində paytaxt ərazisində baş verə biləcək yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi məqsədilə yol polisi axşam saatlarında sərxoş sürücülərə qarşı reyd keçirir".

SİA-nın xəbərinə görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, martın 22-dən 25-dək paytaxt ərazisində yol polisi tərəfindən 161 sərxoş sürücünün nəqliyyat vasitəsini idarə etməsi faktı aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə