"Bayramdan sonra yaşlı nəsildə təzyiqlə bağlı müraciətlərin sayı artıb"
"Novruz bayramından sonra Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin artımı daha çox martın 23-də olub. Həmin gün stansiyaya daxil olan müraciətlərin sayı əvvəlki günlərlə müqayisədə 10% artaraq 1 850 çağırış olub". SİA-nın xəbərinə görə, bunu Stansiyanın operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.
O bildirib ki, daha çox uşaqlarla bağlı çağırışların, yaşlı nəsildə təzyiqlə bağlı müraciətlərin sayı artıb: "Digər günlərdə isə təcili yardım stansiyasına hər gün orta hesabla 1 700 müraciət daxil olub. Stansiyaya daxil olan müraciətlərin təxminən 9-10%-i xəstəxanaya yerləşdirilib. Dəm qazından zəhərlənmə ilə bağlı bayram günlərində orta hesabla 5-6 müraciət daxil olub və onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Yol-nəqliyyat hadisələrinin sayında da azalma müşahidə olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB