Sumqayıt şəhərindəki "Şəhidlər xiyabanı" memorial kompleksinin ərazisində yenidənqurma işləri aparılacaq. Sumqayıt şəhər icra hakimiyyətindən SİA-ya verilən məlumata görə, hazırda şəhərdə abadlıq işləri davam edir, bəzi abidələr yenilənir, dəyişdirilir. Bununla belə 20 Yanvar abidə kompleksinin layihəsi üzərində işlər tamamlanmaqdadır və bu il ərzində həmin layihənin həyata keçirilməsi başa çatdırılacaq.
20 Yanvar abidə kompleksi "Şəhidlər xiyabanı" memorial kompleksinin qarşısında yaradılacaq. İndiki 20 Yanvar abidəsinin yerində isə Xocalı abidəsi ucaldılacaq. Bununla yanaşı, memorial kompleksin ərazisində abadlıq işləri aparılacaq, işıqlandırılma sistemi müasirləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB