Türkiyə 500 kitabla Boloqna kitab sərgisinə qatılacaq. SİA-nın məlumatına görə, 51-ci Beynəlxalq Boloqna kitab sərgisi 24-27 mart tarixlərində İtaliyada keçiriləcək. Türkiyədən 500 yeni kitab və 100 nəşriyyat sərgidə öz yerini tutacaq.
Uşaq ədəbiyyatı sahəsində önəmli sayılan sərgilər arasında yer tutan Boloqna kitab sərgisi, Türk nəşriyyatlarının təbliğatına dəstək olacaq.
Türkiyə Mədəniyyət və Turizm nazirliyi sərgidə "Türk ədəbiyyatının xarici ölkələrə tanış edilməsi" proqramında da özünü təbliğ edəcək.
Nazirlik bu proqram çərçivəsində 2005-ci ildən etibarən İtalyadakı nəşriyyatçılara Türk ədəbiyatından 40 əsər üçün dəstək təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB