Bu gün axşamdan başlayaraq ölkə ərazisində külək mülayimləşəcək. Yaxın 2 gündə Azərbaycanda yağıntılar əsasən kəsiləcək, temperatur yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA- ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 2-5, gündüz 9-14 dərəcə isti olacağı proqnozlaşdırılır.
Martın 23-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Aran rayonlarında temperaturun gecə 3-8, gündüz 10-15, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB