Litvada silsilə şəklində davam edən Novruz festivalı, 18 mart tarixində Vilnüsdəki bayram tədbirinin ardınca 20 mart tarixində Kaunas şəhərində həyata keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Kaunasda təhsil alan yüzə yaxın azərbaycanlı tələbə və universitetlərin rəsmiləri, burada fəaliyyət göstərən yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayənləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) sədri Samir Musayev azərbaycalı gəncləri bayram münasibəti ilə təbrik edib, əcnəbi qonaqlara bayram haqqında geniş məlumat verib.
Bayramın şənliyində qonaqlarımız Azərbaycan milli mətbəxinin təamlarını dadaraq, istedadlı tələblərimizin ifasında milli musiqi və rəqs nömrələrini izləyiblər. Yerli və xarici qonaqların da tələbələrimizlə birlikdə milli mahnılarımızı rəqs etmələri tədbirə əlavə bir rəng qatıb.
Festival Novruzun yumurta döyüşdürmə, tonqal ətrafında yallı getmə, atəşfəşanlıq və bu kimi bir sıra adət-ənənələrin nümayişi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB