Martın 22-də Azərbaycan ərazisində hava şəraiti haqında məlumat

Martın 22-də Azərbaycan ərazisində hava şəraiti haqında məlumat

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin buludlu, yağıntılı olacağı, yağıntıların gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 4-7° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° , gündüz 7-9° isti olacaqdır. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında

Bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 6° şaxta, gündüz 11-16° isti olacaqdır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Hava şəraitinin bəzi yerlərdə yağıntılı keçəcəyi, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Temperatur gecə 3-8°, gündüz 11-16° isti təşkil edəcəkdir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq, günün ikinci yarısından tədricən kəsiləcəkdir. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Gecə 5-9° , gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 4-8°, gündüz 10-15° isti, dağlarda gecə 0-5°, gündüz 4-9° isti təşkil edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə