Azərbaycan Prezidenti: "Bizim siyasətimizin təməlində ədalət dayanır, cəsarət dayanır"
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliyindəki nitqində bildirib ki, bizim siyasətimizin təməlində müstəqillik dayanır, ədalət dayanır, cəsarət dayanır. Biz bütün addımlarımızı Azərbaycan xalqının maraqlına xidmət etmək üçün atırıq. Azərbaycanın maraqları hər şeydən üstündür, hər bir vətəndaş üçün də hər şeydən üstün olmalıdır. Bir sözlə, ölkəmizin gələcək inkişafı ilə bağlı bizim çox nikbin fikirlərimiz vardır. Əslində bu gələcəyi biz yaradırıq.
Dövlətimizin başçısı deyib: "Son illər ərzində aparılan siyasi, iqtisadi islahatlar, enerji siyasətimiz bu reallığı mümkün etmişdir. Gələcək inkişafımızla bağlı bu ilin əvvəlində də önəmli addımlar atılmışdır. Keçən ay regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir. Qalan sosial və iqtisadi məsələlər də 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində öz həllini tapmalıdır".
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı da icra edilir. 2016-cı ilə qədər bu proqram tam şəkildə icra edilməlidir və beləliklə Bakıda bir dənə də olsun sosial infrastruktur problemi, iqtisadi problem qalmamalıdır. Qarşıya məhz belə vəzifə qoyulmuşdur. Bu proqramların icrası nəticəsində ölkəmiz daha da sürətlə inkişaf edəcəkdir. Proqramların icrası təmin ediləcəkdir. Bu günə qədər verdiyimiz bütün vədlərə sadiq olmuşuq, bütün proqramları icra etmişik və bundan sonra da bu yolla gedəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB