Avstriyada Novruz bayramı münasibətilə tədbir keçirilib

Avstriyada Novruz bayramı münasibətilə tədbir keçirilib

Azərbaycanın Vyanadakı səfirliyində Avstriya-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Novruz bayramına həsr olunmuş ziyafət təşkil edilmişdir.

Ziyafətdə səfir Qalib İsrafilov və Dostluq Cəmiyyətinin rəhbəri, Avstriya Ali Məhkəməsinin keçmiş sədri Yohann Reşut çıxış etmişlər.

Sonra musiqişünas Fərəh Tahirova tədbir iştirakçılarına Novruz bayramının tarixi, adət-ənənələri barədə məlumat vermişdir. Ziyafətdə Azərbaycanın və Avstriyanın incəsənət xadimləri konsert proqramı ilə çıxış etmiş, Azərbaycan xalq mahnılarını və görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Səid Rüstəmovun, Tofiq Quliyevin əsərlərini ifa etmişlər.

Daha sonra qonaqlara milli mətbəximizin nümunələri təqdim olunmuşdur.

Avstriya dövlət qurumlarının, Vyanada yerləşən beynəlxalq təşkilatların və şəhərdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar tədbirdə iştirak etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə