Tokio Polis İdarəsi 140 illik yubileyini qeyd edir

Tokio Polis İdarəsi 140 illik yubileyini qeyd edir

Yaponiya paytaxtında Tokio Polis İdarəsinin 140 illik yubileyinə həs olunmuş sərgi açılıb. Yubiley ərəfəsində 50 min polis əməkdaşı arasında bu idarənin bütün tarixi boyu baş vermiş on ən yadda qalan hadisəni göstərmələri barədə sorğu keçirilib. Siyahıda birinci yeri 1995-ci ildə Aum Sinrikyo sektası tərəfindən Tokio Metropolitenində zarin qazının tətbiqi ilə törədilmiş hadisə tutub. Bildirilib ki, bu faciə sülhsevər Yaponiyada firavanlığı pozub.

Siyahıda ikinci yeri Yaponiyanın şimal-şərqində 2011-ci ilin martında baş vermiş zəlzələ və sunami tutub.

Paytaxtın Polis Muzeyində təşkil edilmiş sərgi mayın 6-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə