Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda konsert və atəşfəşanlıq olub
Təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət, gözəllik, təravət rəmzi olan Novruzun Azərbaycana gəlişi münasibətilə ümumxalq şənliyi martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil etdikləri konsert proqramı ilə davam edib.
SİA xəbər verir ki, səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər. Yurdumuza qədəm qoyan baharı, Vətənimizi, yurdumuzun gözəlliklərini tərənnüm edən mahnılar tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.
Sonda Bakının bahar səmasını möhtəşəm al-əlvan atəşfəşanlıq bəzəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB