“Azərsu” ASC Saatlıda qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edib FOTO

“Azərsu” ASC Saatlıda qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edib FOTO

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novruz bayramı münasibəti ilə Saatlı rayonunda müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilib.

Qurumdan SİA-ya verilən xəbərə görə, un, yağ, şəkər tozu, qənd, düyü və digər məhsullarından ibarət ərzaq yardımı Saatlı rayonunda məskunlaşan Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilib.

"Azərsu" ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin ediblər.

Novruz bayramı ərəfəsində Səhmdar Cəmiyyətin əməkdaşları 7 saylı fiziki-əqli qüsurlu uşaqlar üçün internat məktəbinə hədiyyələr təqdim edib, bayram şənliyi keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə