Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin, mədəniyyət və turizm şöbəsinin, yanğından mühafizə hissəsinin, digər idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə "Konstitusion hüquqların müdafiəsi" mövzusunda seminar keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, bu maarifləndirici seminar Azərbaycan Respublikasında "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda (MFP) Ombudsman tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə İnsan Hüquqları üzrə Müvəkkilin müvafiq Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq, əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin təbliği məqsədi ilə təşkil edilib.
Regional mərkəzin rəhbəri S.Abbasov qeyd edib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bir sıra nailiyyətlərə imza atıb. Qeyd olunub ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında böyük bir fəsil məhz insan hüquqlarına həsr edilən və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarını özündə əks etdirib. Ötən müddət ərzində Kostitusiyanın müddəalarından irəli gələn, insan hüquq və azadlıqlarını əsas meyar kimi özündə əks etdirən bir çox qanunların qəbul edildiyi, insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyü bildirilib.
MFP-də insan hüquqlarının müdafiəsi sahəsində yeni istiqamətlərin müəyyən edildiyi, bu proqramın insan hüquqlarının inkişafına təkan verən mühüm sənəd olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Bu Proqramın həyata keçirilməsi üzrə İşçi qrupunun rəhbəri Ombudsman Elmira Süleymanovanın həmin sənədin icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirdiyi qeyd olunub.
Regional mərkəzin məsləhətçisi H.Nəsirov çıxışında Ombudsman təsisatı, Müvəkkilin regional mərkəzlərinin fəaliyyəti barədə danışıb. Regional mərkəzin əməkdaşları tədbir iştirakçılarının vətəndaşların müraciət etmək hüququ ilə bağlı suallarını ətraflı cavablandırıb, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri, dövlət orqanlarına müraciət etmək, müraciətlərə baxılması qaydaları barədə məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB