Qarabağın rəmzi xarı bülbül Vaşinqtona bahar ab-havası gətirib

Qarabağın rəmzi xarı bülbül Vaşinqtona bahar ab-havası gətirib

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşəbbüsü və Qarabağ Fondunun təşkilatçılığı ilə martın 18-də Birləşmiş Ştatların Botanika bağında (US Botanical Garden Conservatory) Qarabağın rəmzi olan xarı bülbül gülünün təqdimat mərasimi keçirilib.

Vaşinqtona bahar ab-havasını gətirən xarı bülbül Botanika bağında çalışanları öz gözəlliyi ilə valeh edib. Xarı bülbül gülünün yetişdirilməsinə münbit şərait yaradan mütəxəssislər qeyd ediblər ki, xarı bülbül digər güllərdən öz həssaslığı ilə fərqlənir.

Botanika bağının bitkilər üzrə mütəxəssisi Bill MakLaqlinin sözlərinə görə, xarı bülbül Botanika bağında keçirilən orxideya güllərinə həsr olunmuş simfoniyada yer alacaq. Qeyd etmək istərdik ki, Botanika bağı 1820-ci ildə yaradılıb və Şimali Amerikanın ən qədim botanika bağlarından hesab olunur. ABŞ Botanika bağı muzey statusuna malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə