Heydər Əliyev Fondu kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

Heydər Əliyev Fondu kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə martın 18-də xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün Novruz şənliyi keçirilib.

İlaxır çərşənbəsi günündə təşkil olunmuş bayram şənliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Novruz bayramı münasibətilə şou proqram təqdim olunub. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilmiş, viktorina və müxtəlif oyunlar keçirilib.

Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə