Aeroport yolu açıldı

Aeroport şosesində nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Böyükşor - Hava limanı avtomobil yolunun Heydər Əliyev adına Hava limanından Sabunçu yol qovşağına qədər olan hissəsində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi başa çatdığı üçün nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.

Qeyd edək ki, yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti Böyükşor - Hava limanı avtomobil yolunun Heydər Əliyev Hava Limanından "Buta Palace"-a qədər olan hissəsində qismən (2 zolaq), "Buta Palace"-dan Sabunçu yol qovşağına qədər olan hissəsində isə hərəkət tam məhdudlaşdırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə