Novruz bayramı ilə bağlı Şabran rayonunda tədbir keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, ilk olaraq tədbir iştirakçıları bayram şirniyyatlarından ibarət sərgiyə baxış keçirib.
Daha sonra çıxış edən Şabran rayon İcra Hakimiyyətinin başçısı bayram münasibəti ilə rayon sakinlərini təbrik edib. Bildirib ki, Novruz bayramı bir çox özəl keyfiyyəti ilə digər bayramlardan fərqlənir. Halallığın, paklığın, ruzi-bərəkətin, səmimiyyətin və torpaqətirli zəhmətin daşıyıcısı olan Novruz həm də təbiətin oyanışını, suların durulmasını, ilıq yaz günəşinin xoş əhval-ruhiyyəsini insanlara bəxş edir. Bayram tonqalı alovlandırıldıqdan sonra bahar qızı meydana xüsusi faytonla daxil olub. Tədbir iştirakçılarını salamlayan bahar qızı, sakinləri təbrik edərək xoş arzular diləyib. Şabarnın simvolu sayılan Dəvələrin meydana gəlişi tədbirə daha da rəhgarənlik qatıb. Kosa və Keçəlin səhnəcikləri isə iştirakçıların əhvalını yüksəldib. Sonda bayram tədbiri konsret proqramı ilə davam etdirilib.
Emin Kərimov, Şabran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB