“CLC” şirkəti kimsəsiz uşaqlar üçün təlim təşkil etdi FOTO

“CLC” şirkəti kimsəsiz uşaqlar üçün təlim təşkil etdi FOTO

"Corporate Legal Consultancy" şirkəti (CLC) Korporativ Sosial Məsuliyyət sahəsində növbəti xeyriyyə aksiyasını reallaşdırıb. 15 mart 2013-cü il tarixində Şirkətin dəstəyilə "Sos Uşaq Kəndləri"nin uşaqlarına muncuq ilə müxtəlif bəzək əşyalarının hazırlıanması üzrə təlim keçirib. SİA-nın verdiyi məlumata görə, təlimdə valideyn himayəsindən məhrum kimsəsiz uşaqlar iştirak edib.

"Corporate Legal Consultancy" şirkətinin direktoru Pərviz Məmmədov bildirdi ki, hər bir təşkilat və şəxs imkanı daxilində ölkəmizə və xalqımıza qarşı daha diqqətli olmalı, bu kimi sosial sahələrə dəstək göstərməlidir. "Uşaqlar bizim gələcəyimiz olduğundan onların intellektual və digər bacarıqlarının inkişafına səthi yanaşılmamalıdır. Bu istiqamətdə balaca uşaqların əl qabiliyyətlərinin inkişafına da fikir verilməlidir. Bizim keçirdiyimiz aksiyada məqsəd uşaqların daha keyfiyyətli vaxt keçirmələrinə nail olmaq, bacarığı olan uşaqların üzə çıxarılmasına, uşaqların qabiliyyətinə görə istiqamətləndirilməsinə dəstək göstərməkdir",- Pərviz Məmmədov deyib.

"Corporate Legal Consultancy" şirkətinin Novruz bayramı ərəfəsində qayğı və köməyə ehtiyacı olan uşaqlarımızın və gənclərimizin sakinlərinə təlimin keçirilməsində digər bir məqsədi də uşaqları Novruz bayramı münasibətilə təbrik etmək və onların mənalı istirahətini təşkil etmək idi.

Bütün xəbərlər Facebook səhifəmizdə