"Metroplitendə qiymətlərin qalxması ilə bağlı yayılan fikirlər həqiqətə uyğun deyil". Bu barədə SİA-ya "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəzakər Tanriverdiyeva metropolitendə ticarət obyektlərinin sökülməsi ilə əlaqədar gediş haqlarının qalxması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, son zamanlar tez-tez gediş haqqının qalxması ilə bağlı məlumatların yayılmasının heç bir əsası yoxdur: "Gediş haqqı ilə bağlı tez-tez əsassız məlumatlar yayılır. Deyilənlərin heç bir əsası yoxdur. Görəsən bu məlumatları haradan əldə edirlər?".
Metropolitendə ticarət obyektlərinin sökülməsi məsələsinə gəlincə, mətbuat xidmətinin rəhbəri işlərin davam etdiyini vurğulayıb.
N.Tanrıverdiyeva qeyd edib ki, sökülmə ilə bağlı işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyindən Metropoliten məsələ ilə bağlı geniş açıqlama vermək imkanına malik deyil.
Sökülmədən sonra stansiyalarda bərpa işlərinin aparılacağı ilə bağlı suala gəlincə, mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, yalnız sökülmə işləri tamamilə başa çatdıqdan sonra bununla bağlı hər hansı bir məlumat vermək mümkündür: "Hələ ki, məsələ ilə əlaqədar nəsə demək tezdir. Sökülmə işləri tam başa çatdıqdan sonra yerlərə baxılacaq. Təbii ki, təmirə ehtiyac olan yerlər olsa, onların təmir olunacağı istisna deyil. Hazırda həmin yerlərdə təmizləmə işləri aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB