Aeroport yolu bağlanacaq

Bakıda hərəkətin ən intensiv olduğu yollardan olan Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin SİA-ya verdiyi xəbərə görə, yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti Böyükşor-Hava limanı avtomobil yolunun Heydər Əliyev adına Hava limanından "Buta Palace"a qədər olan hissəsində qismən (2 zolaq), "Buta Palace"dan Sabunçu yol qovşağına qədər olan hissəsində isə tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə