“Qobelen təlimi“ layihəsi başa çatdı

“Qobelen təlimi“ layihəsi başa çatdı

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə "Qobelen təlimi" adlı layihə keçirilib.

"Qobelen təlimi" layihəsi dünyada geniş yayılıb və Azərbaycada isə qədim xalq mədəniyyətinə aid süjetli xalça sənəti olan qobelen gənclər arasında təbliğ edilib. Layihə çərçivəsində təşkil olunmuş təlimlərdə gənclərə qobelen sənətinin incəlikləri və xüsusiyyətləri aşılanıb.

Layihəni həyata keçirtməkdə əsas məqsəd gəncləri, həmçinin digər yaş qrupunda olan insanlara qobeleni aşılamaq, gənclərin bu sahədəki istedadlarını üzə çıxarmaq və qobeleni əcnəbilər arasında təbliğ etməkdən ibarətdir.

Layihədə aktiv iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə