BQXK nümayəndələri Penitensiar Xidmətdə olublar

BQXK nümayəndələri Penitensiar Xidmətdə olublar

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Deniz Duran və ölkəmizdə xidmət müddətini başa vuran Müdafiə proqramı üzrə koordinator Fransua Blansidən ibarət nümayəndə heyətini qəbul edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Mədət Quliyev penitensiar müəssisələrdə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat verib.

Deniz Duran isə komitənin tövsiyələrinə penitensiar müəssisələr tərəfindən fəal reaksiya verilməsindən və bu tövsiyələrin nəzərə alınmasından məmnun qaldığını ifadə edərək penitensiar müəssisələrə baş çəkilməsi üçün yaradılan lazımi şəraitə görə minnətdarlığını bildirib.

Sonda Penitensiar Xidmət ilə BQXK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə