“Dilmanc” elmi tədqiqatçıları işə qəbul edir vətəndaşların nəzərinə

“Dilmanc” elmi tədqiqatçıları işə qəbul edir vətəndaşların nəzərinə

"Dilmanc" layihəsinə yeni nəsil intellektual texnologiyaların yaradılması üçün riyaziyyat sahəsində elmi tədqiqatçılar tələb olunur. SİA-nın xəbərinə görə, bu texnologiyalara kompüter tərəfindən insan nitqinin başa düşülərək ona cavab verilməsi, şifahi nitqin başqa dilə avtomatik tərcüməsi, böyük həcmli verilənlərin (Big Data) emalı və digər sistemlər daxildir. Layihə çərçivəsində elmi tədqiqatçılar bu texnologiyaların riyazi nəzəriyyəsini araşdırır və onların yaradılmasında proqramçılarla birgə iştirak edirlər.

"Dilmanc" layihəsində elmi potensialı realizasiya etmək, nəzəriyyədən praktik məhsula keçmək üçün həm güclü proqramçı qrupu, həm də paylanmış hesablama sistemi, "MapReduce" sxemi ilə işləyən proqram təminatı və digər infrastruktur mövcuddur. İstifadəçilərdən alınan daimi əks-əlaqə tədqiqatçıların tədqiqat aparmaq stimulunu artırmaqla yanaşı, həm də hansı sahələrə daha çox fikir verməli olduqlarını bildirir.

Qeyd edək ki, sözügedən vakansiya haqqında ətraflı məlumatı bu link (http://www.dilmanc.az/az/jobs/researcher) vasitəsilə əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə