Qaradağ rayonunda Novruz bayramı ilə bağlı tədbir keçirilib

Qaradağ rayonunda Novruz bayramı ilə bağlı tədbir keçirilib

Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş tədbir təşkil olunub. SİA-nın xəbərinə görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Ağalar Vəliyev, Mixail Zabelin, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediriblər.

Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi ilə təbrik edib. Sonra ənənəyə uyğun olaraq tonqal qalanıb. Rayon rəhbərliyini və qonaqları təşkil olunan tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik edib, xoş arzularını bildirib. Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qalıb. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, məktəblilər şer oxuyub, gənc pəhləvanlar meydan mübarizəsinə çıxıblar. Onlardan geri qalmayan kəndirbazlar da öz məharətlərini göstəriblər. Tədbir iştirakçılarını Novruz şirniyyatına qonaq ediliblər. Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradıb

Tədbirin sonunda bayram konserti keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə